AUT.AZ

26 yaşında karyerasını bitirdi – Münaqişə

Kamerun yığmasının qapıçısı Andre Onana milli karyerasını başa vurub.

Aut.az xəbər verir ki, o, bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.

“İnter”in qapıçısının cəmi 26 yaşında belə qərar verməsi DÇ-2022-də yığmanın baş məşqçisi Riqobert Sonqla arasındakı münaqişə olub. O, DÇ-2022-nin 2-ci turunda Serbiya ilə matç öncəsi intizamsızlıq səbəbi ilə yığmadan kənarlaşdırılıb.

Qeyd edək ki, Onana Kamerun millisində 34 oyun keçirib.

Exit mobile version