AUT.AZ

Futbolla vidalaşdı

Fransa millisinin sabiq üzvü Blez Matuidi karyerasını bitirib. Veteran yarımmüdafiəçi bu günqərarını elan edib.

Aut.az xəbər verir ki, PSJ və “Yuventus”dakı çıxışlarından tanıdığımız Anqolla əsilli fransalı 2017-ci ilə kimi ölkəsində çıxış edib. 2017-20-ci illərdə Turin klubunda oynayan yarımmüdafiəçi son iki mövsümü MLS-də keçirib. Dekabrın sonunda “Maymi” ilə müqaviləsi bitəcək oyunçu davam etməmək qərarı verib.

Karyerası ərzində müxtəlif klublarda 699 matç keçirib 50 qol vuran futbolçu 44 məhsuldar ötürmə verib. O, 2018-ci ldə Fransa yığması ilə dünya çempionu olub.

Exit mobile version