AUT.AZ

“UEFA-dan ayrılmaq futbolumuzun inkişafını şərtləndirəcək”

Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin ölkənin UEFA-dan imtina edərək Asiya Futbol Konfederasiyasına (AFK) keçməsinin ölkə futbolunun inkişafına təkan verə biləcəyini açıqlayıb.

Aut.Az xəbər verir ki, TASS onun dediklərini belə çatdırıb.

“İkitərəfli və ya çoxtərəfli əlaqələrin inkişafına səbəb olacaq istənilən formatı dəstəkləyirəm. Əsas odur ki, futbolumuza faydası dəysin. Əlbəttə, Rusiyanın UEFA-dan ayrılıb AFK-ya üzv olmasının Asiya futboluna necə təsir edəcəyini yalnız zaman göstərə bilər. Şübhəsiz, son dünya çempionatı sübut etdi ki, əvvəllər rəqabətədavamlı sayılmayan komandalar da yetərincə mübariz və təhlükəli millilərə çevrilməyi bacarıblar. Mən şəxsən inanıram ki, Rusiya AFK yolunu tutsa, bu,  müsbət addım sayılacaq, futbolumuzun inkişafını şərtləndirəcək. Qərarı isə Rusiya Futbol İttifaqı verməlidir”.

Qeyd edək ki, sabah Rusiya Futbol  İcraiyyə Komitəsi bir araya gələrək UEFA-nı AFK-ya dəyişmək variantını müzakirə edəcək.

Exit mobile version