AUT.AZ

Qarabağ”ın futbolçusu Rusiya klubuna keçir?

“Qarabağ”ın daha bir futbolçusu transfer xəbəri ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, söhbət yarımmüdafiəçisi Leandro Andradedən gedir. Yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirə bilər. Bu barədə “RP Sport” məlumat yayıb. “Krasnodar” 23 yaşlı futbolçunu transfer etmək istəyir. İddia olunur ki, Premyer Liqanın 8-cisi olan klubun rəhbərliyi onun transferi üçün “Qarabağ”a rəsmi təklif göndərməyə hazırlaşır.

Andradenin “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 1 qol vurub və 7 qolun ötürməsini verib.

Exit mobile version