AUT.AZ

Peşəkar boksçu faciəvi şəkildə öldü

Peşəkar boksçu Elbi Bilindo faciəvi şəkildə vəfat edib.

Aut.az xəbər verir ki, Konqo Demokratik Respublikasını təmsil edən idmançı avtomobil vurması nəticəsində dünyasını dəyişib. Faciə bazar ertəsi, səhər saatlarında baş verib. 27 yaşlı boksçu bu gün üçün planlaşdırılan növbəti döyüşünə hazırlıq üçün yol kənarında qaçarkən qəzanın qurbanı olub. Hadisəyə səbəb olan sürücünün sərxoş olduğu müəyyənləşib.

Qeyd edək ki, Eseko peşəkar karyerasına 2013-cü ildə başlayıb, 14 döyüşdə iştirak edib, 3-ü nokautla olmaqla 11 qələbə qazanıb.

Exit mobile version