AUT.AZ

Pelenin səhhəti yenidən pisləşdi – Bu dəfə…

Braziliya futbolunun əfsanəsi Pelenin səhhəti yenidən pisləşib.

Aut.az xəbər verir ki, bu barədə üçqat dünya çempionun həkimləri məlumat veriblər. Bildirilib ki, noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə olunur, buna görə də böyrək və ürək disfunksiyası səbəbindən daha intensiv müalicə tələb olunur.

Eyni zamanda həkimlər qeyd edbrlər ki, onun hələ də reanimasiya və ya yarımintensiv terapiyaya köçürülməsinə ehtiyac yoxdur və adi palatada qalmağa davam edir.

Braziliya mətbuatında yayılan xəbərlərə görə, belə vəziyyət davam edərsə, Pelenin səhhətində irəliləyişə nail olmaq mümkün olmayacaq. Ona görə də sabiq hücumçu qarşıdakı 1-2 ərzində xəstəxanadan ayrılmayacaq.

Exit mobile version