AUT.AZ

Maaşını qaldırırlar ki…

“Napoli” Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilir ki, gürcü futbolçuyla maraqlanan klubların sayının durmadan artması Neapol təmsilçisinin rəhbərliyini narahat etməyə başlayıb.

Bu səbəbdən rəhbərlik hücumçunun hazırkı müqaviləsinin müddəti ilə yanaşı, maaşını da iki dəfə artırmaq niyyətindədir. Yeni sözləşmənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı gözlənilir. Xviça yeni anlaşmya görə, illik 2,4 milyon avro qazanacaq.

Qeyd edək ki, Kvaratsxeliya bu ilin yayından “Napoli”də oynayır. O, A Seriyasında 12 oyun keçirib, 6 qol vurub və 5 qolun ötürməsini verib.

Exit mobile version