AUT.AZ

“Çelsi”nin sabiq baş məşqçisi Zambiya millisində

Avraam Qrant milli komandada çalışacaq. “Çelsi”dəki işi ilə tanınan israilli mütəxəssis Afrikada işləməyə qərar verib.

Aut.az xəbər ki, Qrant Zambiya millisinin dəvətini qəbul edib. 2 illik müqavilə bağlayan mütəxəssisin işi uğurlu alınsa, anlaşma avtomatik olaraq daha bir il müddətinə uzadılacaq.

“Çelsi”dən ayrıldıqdan sonra “Portsmut”, “Vest Hem”, “Partizan” kimi klublarda çalışmış Qrant, daha öncə də yolunu Afrikadan salıb. O, 2014-17-ci illərdə Qana millisinin baş məşqçisi olub. 2018-ci ildə qısa müddət Hindistanda işlədikdən sonra fəaliyyətini dondurmuşdu.

Exit mobile version