AUT.AZ

Cəmi bir qələbəsi olan ölkə forma paylayır

Avropada “cırtdan futbol ölkəsi” sayılan San Marinoda maraqlı təşəbbüs gerçəkləşəcək.

Aut.Az xəbər verir ki, futbol bilənləri potensial futbolçuların yeni nəslini ruhlandırmaq qərarına gəlib.
Bunun üçün 2023-cü ilin sonuna qədər San Marinoda yeni doğulmuş bütün körpələrə milli komandanın kiçik formaları veriləcək.

 

Bu barədə jurnalist Pol Tompson sosial şəbəkə hesabında məlumat verib..

San Marino millisi tarixində cəmi bir oyunda qalib gəlib. Sözügedən komanda 2004-cü ildə yoldaşlıq görüşündə Lixtenşteyni (1:0) məğlub edib.

Exit mobile version