AUT.AZ

6 yeni oyunçu

Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində işlər görür.

Aut.az xəbər verir ki, son çempion 6 futzalçı ilə anlaşıb. Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək.

Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da “Araz-Naxçıvan”a pənah gətirib. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə “stolb” kimi çıxış edəcək.

“Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.

Exit mobile version