AUT.AZ

Ən yaxşı qapıçı adına 25 namizəd

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı qapıçısı adına namizədləri açıqlayıb.

Aut.az qurumun rəsmi saytına istinadən məlumatına görə, siyahıda 25 qolkiper yer alıb.

Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.

Xatırladaq ki, 2021-ci ilin ən yaxşı qapıçısı İtaliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Canluici Donnarumma seçilib.

Uqo Lyoris (Fransa, “Tottenhem”)
Dominik Livakoviç (Xorvatiya, “Dinamo”, Zaqreb)
Voyçex Şensnı (Polşa, “Yuventus”)
Andris Noppert (Niderland, “Qo Ahed”/“Herenven”)
Kasper Şmeyxel (Danimarka, “Lester Siti”/“Nitsa”)
Cordan Pikford (İngiltərə, “Everton”)
Dioqo Kosta (Portuqaliya, “Portu”)
Tibo Kurtua (Belçika, “Real”)
Mayk Menyan (Fransa, “Milan”)
Kevin Trapp (Almaniya, “Ayntraxt”)
Manuel Noyer (Almaniya, “Bayern”)
Yan Oblak (Sloveniya, “Atletiko”)
Alisson (Braziliya, “Liverpul”)
Ederson (Braziliya, “Mançester Siti”)
Emiliano Martines (Argentina, “Aston Villa”)
Serxio Roçet (Uruqvay, “Nasional”)
Mett Terner (ABŞ, “Nyu-İnqlend Revolyuşn”/“Arsenal”)
Gilyermo Oçoa (Meksika, “Amerika”)
Eduard Mendi (Seneqal, “Çelsi”)
Yassin Bunu (Mərakeş, “Sevilya”)
Andre Onana (Kamerun, “İnter”)
Aymen Dahmen (Tunis, “Sfaksen”)
Mohammed al-Uvais (Səudiyyə Ərəbistanı, “Əl-Əhli”/“Əl-Hilal”)
Çyuiçi Qonda (Yaponiya, “Simidzu S-Pals”)
Kim Sın Qyu (Cənubi Koreya, “Kaşiva Reysol”/“Əl-Şabab”)

Exit mobile version