AUT.AZ

Tovuzdakı kütləvi davadan – Video

Dekabrın 20-də Tovuzda Azərbaycan kubokunun 1/4 mərhələsinin cavab qarşılaşması keçirilib. “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

Aut.az xəbər verir ki, bu komandaların Gəncədə keçirilən oyununda Tovuz təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi. Cavab oyunu da gərgin alınıb və 2:2 hesabı ilə başa çatıb. Bu nəticə “Turan Tovuz”u yarımfinala çıxardıb.

Amma oyundan sonra futbolçular arasında kütləvi dava düşüb. Davaya klub rəsmiləri də qoşulublar.

Bu gərginlik stadionda olan azarkeşlərə də sirayət edib. Yerli fanatlar “Turan, Turan” qışqırıblar. Hətta bir neçə fanat meydana da daxil olmağa cəhd göstərib. Polislər hadisəyə müdaxilə edərək azarkeşləri sakitləşdirib və gərginlik aradan qaldırılıb.

 

Exit mobile version