AUT.AZ

“Sumqayıt”ın sabiq baş məşqçisi “Şaxtyor”da

Son olaraq “Sumqayıt”ı çalışdıran Aleksey Baqa ölkəsi Belarusda işləyəcək.

Aut.az xəbər verir ki, mütəxəssis yerli “Şaxtyor”la razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssis Soliqorsk təmsilçisi ilə 2 illik sözləşmə imzalayıb.

Ötən ilin dekabrında “Sumqayıt”a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında istefaya göndərilib.

Exit mobile version