Son olaraq “Sumqayıt”ı çalışdıran Aleksey Baqa ölkəsi Belarusda işləyəcək.
Aut.az xəbər verir ki, mütəxəssis yerli “Şaxtyor”la razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssis Soliqorsk təmsilçisi ilə 2 illik sözləşmə imzalayıb.
Ötən ilin dekabrında “Sumqayıt”a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında istefaya göndərilib.