AUT.AZ

Ronaldo Liqa 1 klubuna keçmək istəməyib

“Olimpik” (Marsel) klubunun səfiri Basile Boli Kriştiano Ronaldonun Liqa 1 təmsilçisinə mümkün transferi ilə bağlı açıqlama verib.

Aut.az  xəbər verir ki, o, yayda portuqaliyalı hücumçu ilə danışıqların aparıldığını bildirib:

“Yayda Ronaldo ilə danışıqlar apardıq. Məncə, o, bizə qoşulmalı idi. Ronaldo Fransa çempionatına xüsusi əhval-ruhiyyə gətirə bilərdi. Bir az yaşlı olsa da, istedadlı futbolçudur. Eyni zamanda, o, bir markadır”.

Bir müddət əvvəl “Mançester Yunayted” və 37 yaşlı hücumçu qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Ronaldo hazırda azad agentdir.

Exit mobile version