AUT.AZ

Nüsrətə kuboka toxunmağa kim icazə verib? – FOTO

DÇ-2022-nin final matçından sonra yaşananlar ictimaiyyət arasında geniş müzakirə edilir.

Aut.az xəbər verir ki, həmin gecənin anti-qəhrəmanlarından biri də sosial şəbəkələrdə”Salt Bae” ləqəbi ilə tanınan türk aşpazı Nusrət Gökçədir. Oyun bitdikdən sonra “Lusail” stadionunda sərbəst hərəkət edərək meydana daxil olanlardan biri də o idi.

Nə qədər qəribə görünsə də, boyununda FİFA-ın təqdim etdiyi akkreditasiya var idi. Nusrət şəkil çəkdirmək məqsədiylə futbolçulara, xüsusilə Lionel Messiyə yaxınlaşaraq onları narahat edib. Çəkilən fotoda Leonun üz ifadəsi bundan xəbər verir.

Bütün bunlar azmış kimi, Nüsret dünya kubokunu da əlinə almağı bacarıb. Bu vəziyyət azarkeşləri hiddətləndirib. Çünki mükafata yalnız çempionlar və xüsusi şəxslər toxuna bilər. Sosial şəbəkələrdə baş verən hadisə ilə bağlı FİFA-dan hesabat tələb edilib və tədbir görülməsi istənilir.

Exit mobile version