AUT.AZ

Molla rejimi daha bir məşhur futbolçunu həbs etdi

İran polisi tanınmış futbolçusunu sərxoş vəziyyətdə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

“Karyerasında “Persepolis” və “İstiqlal” (İranın iki böyük və məşhur futbol klubu – red.) kimi klublarda çıxış edən tanınmış oyunçulardan biri, ötən gecə qanunsuz ziyafətdə iştirak edib və sərxoş vəziyyətdə saxlanılıb”, – məlumatda bildirilir.

Futbolçunun adı açıqlanmasa da, onun hazırda bölgə komandalarından birində çıxış etdiyi qeyd edilib. Daha əvvəl də bu futbolçunun iştirakı ilə presedentlərin olduğu bildirilir.

Böyük ehtimalla, adı açıqlanmayan futbolçu molla rejiminə etirazları dəstəklədiyi üçün saxlanılıb. Tehran respublikası onu “sərxoş olub” ittihamı ilə həbs etməklə, əsas hədəfdən yayındırmağı düşünür.

Exit mobile version