AUT.AZ

Məşqçi karyerasını bitirdi

Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal məşqçilik karyerasını başa vurub.

Aut.az xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssis özü açıqlama verib.

Van Qal son olaraq Qətərdə təşkil olunan dünya çempionatında Niderland yığmasına rəhbərlik edib. “Narıncılar” mundialda mübarizəni 1/4 finalda çempion Argentinaya uduzaraq, dayandırıb.

Mütəxəssis məşqçilik karyerası ərzində “Barselona”, “Bavariya”, “Ayaks”, “Alkmaar”, “Mançester Yunayted” kimi klublarda çalışıb.

Exit mobile version