AUT.AZ

Klubsuz qaldı

“Sevilya” futbolçusu İsko ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsko bu ilin avqustundan “Sevilya”da çıxış edirdi. O, bu mövsüm 19 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

32 yaşlı futbolçu 2013-2022-ci illərdə Madrid “Real”ında forma geyinib.

Exit mobile version