AUT.AZ

Futbola vergi amnistiyası

 İtaliya hökuməti idman təşkilatları, o cümlədən futbol üçün vergi ödənişlərini təxirə salmaq qərarına gəlib.

Aut.az “Calciomercato”ya istinadla xəbər verir ki, söhbət 889 milyon avrodan gedir, bunun 500 milyon avrosu A Seriyası komandalarına aiddir.

Ölkə hökuməti borcların bir neçə il ərzində bölüşdürülməsinə imkan verəcək düzəlişi təqdim edib. Klublar bütün məbləği 3% vergi dərəcəsi ilə 60 ödənişə bölə bilər.

Bununla belə, ilk üç tranş 29 dekabr 2022-ci ilə qədər ödənilməli, sonra isə aylıq əsasda əməliyyatlar aparılmalıdır. Müəyyən edilmiş müddətin pozulması müqaviləyə xitam verilməsinə səbəb ola bilər.

Aut.az

 

Exit mobile version