AUT.AZ

Azərbaycana dəvət – Türkiyədə keçiriləcək dünya çempionatına

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2024-cü ildə Türkiyədə keçiriləcək dəniz avarçəkməsi üzrə dünya çempionatına dəvət edilib.

Aut.az xəbər verir ki, bu barədə qurumun baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib.

Onun sözlərinə görə, azərbaycanlı məşqçilər bununla bağlı Türkiyədə təlim-məşqlərə qatılacaqlar:

“Bizim də istəyimiz dəniz avarçəkməsi üzrə yarışlar təşkil etməkdir. Artıq gələn il bu növ üzrə daxili yarış planlaşdırırıq. Bakıda test olaraq məşq etdiyimiz ərazidə paytaxt çempionatı keçirməyi düşünürük”.

Əliyev türkiyəli həmkarları ilə bu idman növünün inkişaf etdirilməsi yönündə müntəzəm əlaqədə olduqlarını, məsləhətləşdiklərini söyləyib.

Exit mobile version