AUT.AZ

Argentina pesonu Messiyə görə dəyişir – Foto

Dünya çempionatında qələbədən sonra Lionel Messinin şəkli Argentina əskinaslarında yerləşdirilə bilər.

Aut.az xəbər verir ki, bu barədə “El Financiero” məlumat yayıb. Məlumata görə, Argentina Milli Bankının rəsmiləri yığmanın qazandığı tarixi nailiyyəti əbədiləşdirmək niyyətindədir.

Ehtimal olunur ki, Messinin şəkli 1000 peso əskinasda çap olunacaq. Bu, əskinasın nominalının Argentina millisinin kapitanının formasının nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır.

Arxa tərəfdə isə milli komandanın baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısı yerləşdirilə bilər.

 

 

Exit mobile version