AUT.AZ

17 yaşlı xanım futbolçu nədən ölüb?

17 yaşlı Rusiyalı qadın futbolçu Viktoriya Vinoqradova ölüb.

Aut.az “Mutko protiv” teleqram kanalına istinadən xəbər verir ki, ÇSKA-nın gənclərdən ibarət komandasının qapıçısı olan Viktoriya naməlum maddədən zəhərlənərək ölüb.

Onun yanında elektron siqaret üçün maye və içində metadon olan çanta tapılıb.

Gənc futbolçu Volqoqradda rəfiqəsinin yanında tətildə olub.  Dekabrın 19-da qızlar gəzintidən sonra evə qayıdıb yatıblar.

Ertəsi gün uzun müddət yataqdan qalxmamaları qohumları şübhələndirib. Onlar yataq otağında qızları huşsuz vəziyyətdə tapıblar. Təcili yardım çağırılıb. Həkimlər Viktoriyanın öldüyünü bildiriblər. Rəfiqəsini isə xilas etmək mümkün olub.

 

 

Exit mobile version