AUT.AZ

Messinin qucaqlaşdığı qadın anası deyilmiş – FOTOFAKT

DÇ-2020-nin final matçından sonra Argentina millisinin hücumçusu Lionel Messinin bir qadınla qucaqlaşması hər kəsin diqqətini cəlb etmişdi. Həmin qadının Leonun anası olduğu bildirilirdi.

Aut.az xəbər verir ki, bu informasiya yalan çıxıb. Leonun qucaqlaşaraq kövrək anlar yaşadığı qadın Argentina millisinin aşpazı Antonia Fariasdır. O, 10 ildir komandada işləyir və futbolçular üçün vacib şəxslərdən biridir. Farias “albiseleste”nin maskotlarından biri hesab edilir. Bu səbəbdən Messi və komanda yoldaşlarının onunla isti münasibəti var.

Qeyd edək ki, Antoniadan başqa, daha bir qadın komandada çalışır. Söhbət marketinq meneceri vəzifəsində çalışan Veronika Mieledən gedir.

Əlbəttə Messinin anası stadionda idi və onlar görüşdülər, qucaqlaşdılar. Amma Selianın əynində Argentinanın zolaqlı yox, səfər forması vardı. Üstəlik, onun qolunda saat və döymə yox idi. Messinin qucaqladığı qadının qolunda isə saat və döymə var. Bu şəkildə, Leonun anası aşağıda sol küncdə oturub.

Qeyd: Fotoda solda, aşağıda əyləşmiş qadın Antonia Fariasdır

Exit mobile version