AUT.AZ

Ərdə olan bu məşhur Messini sevdiyini etiraf etdi – Foto

Sonuncu dəfə “Netflix”in “Wednesday” serialında uğur qazanan aktrisa Ketrin Zeta-Cons futbolçu Lionel Messiyə sevgisini etiraf edib.

Aut.az xəbər verir ki, bu barədə serial ulduzu “instaqram” hesabında məlumat verib. Onun sözlərinə görə, 78 yaşlı həyat yoldaşı, aktyor Maykl Duqlas buna görə qısqanmır:

“Mən Messini sevirəm və ən yaxşısı odur ki, ərim buna etiraz etmir. Messi ilə posterlərimin evin hər tərəfində olması onu narahat etmir”.

Qeyd edək ki, Ketrin və Maykl Duqlas 22 ildir evlidir. Onların bu nikahdan iki övladı var.

Exit mobile version