AUT.AZ

Yeni sahibi məlum olub

Fransanın “Lion” klubunun yeni sahibinin adı açıqlanıb.

Aut.az  xəbər verir ki, ABŞ-dan olan milyarder Con Tekstor Liqa 1 təmsilçisinin böyük hissəsini satın alıb.

Onun rəhbərlik etdiyi “Eagle Football Holdings” səhmlərin 77,49 faizinə sahib çıxıb.

“Lion”un prezidenti Jan-Mişel Ola səhmləri satmağa razılıq verib. Qərardan sonra klubun kapitalı 86 milyon avro artacaq.

Braziliyada “Botafoqo”, İngiltərə isə “Kristal Pelas” klubu “Eagle Football Holdings”ın nəzarətindədir.

Exit mobile version