AUT.AZ

Türk fransalılara belə sataşdı – FOTO

Türk əsilli almaniyalı futbolçu Məsut Özil DÇ-2022-nin finalında Argentinaya uduzan Fransaya sataşıb.

Aut.Az xəbər verir ki, 2014-cü ildə Braziliyada dünya çempionu olan Özil fransalıların Kərim Benzemasız uğursuzluğa məhkum olmasına işarə edib.

 

Hazırda “Başakşəhər”də çıxış edən yarımmüdafiəçi, Benzemanın Fransa yığmasında olmamasına “Benzi yox, əyləncə yox” mesajı ilə münasibət bildirib.

Benzema DÇ-2022-nin startı ərəfəsində yüngül zədə aldığı üçün mundialda oynayıb. O, sonradan sağalsa da, millinin baş məşqçisi Didye Deşam ulduz forvardın xidmətinə ehtiyac duymayıb. Bu, Benzemanın etirazına səbəb olub və o, Deşam baş məşqçi olaraq qalacağı təqdirdə, millidə çıxış etməyəcəyini bildirib.

Exit mobile version