AUT.AZ

Tovuzda dava düşdü

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Turan Tovuz”la “Kəpəz”in oyununda dava düşüb.

Aut.Az xəbər verir ki, hakim Rəvan Həmzəzadənin final fitindən sonra futbolçular bir-birinə hücum çəkiblər.

Referi gərginliyi sarı və qırmızı vərəqələrlə yatırtmağa çalışsa da, bu işə yaramayıb. Belədə polis işə qarışmalı olub.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə yekunlaşıb. Tovuz klubu ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.

Mirağa

Exit mobile version