AUT.AZ

Regekampf “Neftçi”dən gedir – Şərtlər açıqlandı

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf barədə uzun müddətdir yayılan informasiyalar reallığa çevrilmək üzrədir.

Aut az xəbər verir ki, rumıniyalı mütəxəssisin ölkəsində “Universitatya” anlaşıb. Bu barədə “Prosport.ro” məlumat yayıb. İddia olunur ki, 47 yaşlı çalışdırıcı Krayova təmsilçisi ilə 6 aylıq müqavilənin şərtlərini razılaşdırıb.

Klubun maliyyə dəstəkçisi Mixai Rotaru ilə anlaşmaya əsasən, rumıniyalı mütəxəssis qış fasiləsində komandanın sükanı arxasına keçəcək. Mütəxəssis bunun üçün “Neftçi” ilə müqaviləsinin ləğvinə çalışacaq.

Razılığa əsasən, çalışdırıcının yeni komandasında aylıq məvacibi 15 min avro təşkil edəcək. Həmçinin performans bonusları da nəzərdə tutulub. Bu, Regekampfın 2011/12 mövsümündə “Universitatya”da aldığı maaşla eynidir.

Ötən gün Rumıniya mətbuatında Regenin Krayova klubundan aylıq 40 min avro maaş və “Bugatti” avtomobili tələb etdiyi ilə bağlı iddialar yayımlanmışdı.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Exit mobile version