AUT.AZ

Qətərin yeni planları – İştah diş altındadır

Qətər dövləti dünya çempionatının ardınca daha bir mötəbər yarışa ev sahiblik etmək niyyətindədir.

Publika.az xəbər verir ki, söhbət 2036-cı ildə baş tutacaq Yay Olimpiya Oyunlarından gedir. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məlumat verib. Onun sözlərinə görə, DÇ-2022-yə uğurlu ev sahibliyi edən Qətər 14 il sonra Olimpiadanı qəbul etmək üçün namizədliyini irəli sürmək istəyir.

İddialara görə, Qətər nüfuzlu yarışlarla kifayətlənmək niyyətində deyil. Dövlət rəhbərliyi dünya çempionatı üçün tikdiyi stadionlarda futbol klublarının iştirakı ilə nəhəng yarışlar təşkil etməyi də planlaşdırır.

Exit mobile version