AUT.AZ

Azərbaycan kubokunun yarımfianlında aşkar favorit olmayacaq

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Aut.az xəbər verir ki, günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında keçirilib. Bakıda baş tutan ilk oyunda qalib müəyyənləşmədiyindən hər iki tərəfin mərhələ adlamaq şansı bərabər olub. Ancaq ilk dəqiqələrdən üstün oyun nümayiş etdirən Qəbələ təmsilçisi yekunda yarımfinala yüksəlib. Ramon Maçado “qırmızı-qaralar”ın oyundakı yeganə qolun müəllifi olub – 1:0.

Günün digər matçında isə “Sabah” “Səbail”i qəbul edib. Bu qarşılaşma da şübhəli sensasiya ilə yekunlaşıb. İlk oyunda məğlub olan “Sabah” bu dəfə də rəqibinə boyun əyərək mübarizəni dayandırıb. Azərbaycan çempionatında sonuncu pillədə qərarlaşan, 17 oyunda cəmisi 2 dəfə qalib gələn “Səbail”in “Sabah”a hər iki qarşılaşmada qalib gəlməsi şübhə yaratmaya bilməz.

Digər iki yarımfinal qarşılaşması bu gün keçirilir. Əvvəlcə “Kəpəz” ilk oyunda 1:2 hesabı ilə uduzduğu “Turan Tovuz”la qarşılaşıb. Cavab görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. 2:2 hesablı nəticə Tovuz təmsilçisini kubokun yarımfinalına çıxarıb. Ayxan Abbasovun komandası növbəti mərhələdə, “Zirə”ni mübarizədən kənarlaşdıran “Neftçi” ilə qarşılaşacaq. Beləliklə,”Qarabağ”və”Sabah”ın mübarizəni dayandırmasından sonra yarımfinalda aşkar favorit olmadı. Bu komandalar – “Səbail”, “Neftçi”, “Turan Tovuz” və “Qəbələ”  demək olar ki, eyni səviyyəlidirlər.

1/4 finalın cavab oyunları
19 dekabr

“Qəbələ” – “Qarabağ” 1:0 (ilk oyun 2:2)
Qollar: Ramon Maçado, 71.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

Sabah – Səbail 0:1
Qol: Qoba Zakpa, 73.
İlk oyun: 2:3
Hakimlər: Elçin Məsiyev, Zeynal Zeynalov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 16. Rustəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.

20 dekabr

Turan Tovuz – Kəpəz 2:2
Qol: 
Faiq Hacıyev, 15. Xəyal Nəcəfov, 16 – Fərid Nəbiyev, 32; 45+3.
İlk oyun: 2:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Neftçi – Zirə 3:1
Qol: Yeqor Boqomolski, 3. Emin Mahmudov, 45+1. Kenni Sayef, 95 – Loris Broqno, 89.
İlk oyun: 0:1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
Zirə: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

Exit mobile version