AUT.AZ

Putin DÇ-nin finalına yarımçıq baxıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin DÇ-2022-nin Argentinanın qələbəsi ilə bitən finalından danışıb.

Aut.Az xəbər verir ki, Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında mundialın həlledici qarşılaşması barədə də fikirlərini bölüşüb:

“Matçın ikinci yarısına baxmışam. Həmin vaxt hesab artıq 2:2 idi. Əlavə vaxtı izləmədim. Amma sonra əlbəttə ki, özümü Argentina prezidentinə (Alberto Fernandes – red.) zəng vurub onu təbrik etməkdən saxlaya bilmədim. Bilirəm ki, Argentina futbol ölkəsidir. Orada insanlar həqiqətən futbola fərqli duyğularla yanaşırlar. Aparıcı oyunçular başda olmaqla, öz oyunçularını çox sevirlər. Onların qələbəyə layiq olduqlarını düşünürəm”.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina millisi Fransa ilə qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda tərəflər hərəyə 1 dəfə fərqləndiyi üçün oyunsonrası penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan cənubi amerikalılar (4:2) tarixinin 3-cü dünya çempionluğunu bayram edib.

Exit mobile version