AUT.AZ

Onları Argentinada belə qarşıladılar – Video

DÇ-2022-nin qalibi olan Argentina millisi vətənə dönüb.

Aut.az xəbər verir ki, paytaxt Buenos-Ayresdə komandanı minlərlə azarkeş qarşılayıb. Hava limanından başlayan çempionluq paradı şəhərin mərkəzi meydanına qədər davam edəcək.

Hazırda ölkədə səhər saatları olmasına baxmayaraq, küçələri dolduran fanatlar mundialın qaliblərini salamlayıb. Yığma üzvləri xüsusi avtobusla paytaxt küçələrini dolaşaraq, dünya kubokunu nümayiş etdirirlər.

 

Exit mobile version