AUT.AZ

Messinin rekordu – Yumurtanı da…

Argentina millisinin kapitanı Lionel Messi “İnstaqram”da yeni rekord qırıb.

Aut.az xəbər verir ki, 35 yaşlı hücumçunun DÇ-2022-nin kubokunu başının üzərinə qaldırdığı şəkil 57 milyondan çox izləyici tərəfindən bəyənilib. Bu isə sözügedən sosial şəbəkədə paylaşlan şəkillər arasında rekord sayda göstəricidir.

Messiyə qədər rekord “world_record_egg” səhifəsinə məxsus yumurta şəklinə aid idi. Həmin foto 56 milyon izləyici tərəfində bəyənilib.

Qeyd edək ki, futbolçuların mübarizəsində isə bundan əvvəlki rekord Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya məxsus idi. Onun Messi ilə şahmat oynayarkən paylaşdığı şəkil 41 milyondan çox insan tərəfindən bəyənilmişdi.

 

Exit mobile version