AUT.AZ

Messini Fransada təhqir etdilər – Foto

DÇ-2022-də Argentina millisinin çempionluğuna sevinənlər olduğu kimi sevinməyənlər də var.

Aut.az xəbər verir ki, söhbət 35 yaşlı hücumçunun rəqibi Kriştiano Ronaldodan getmir. Cənubi Amerika təmsilçisinin finalda məğlub etdiyi Fransada Messiyə qarşı mənfi münasibət yaranıb. Fransızlar PSJ-nin hücumçusunun bu uğurunu qəbul edə bilmirlər.

Ona görə də barlardan birində Argentina millisinin kapitanının forması təhqir olunub. 35 yaşlı hücumçunun forması yerə sərilib. Formanın yanındakı lövhədə “girərkən ayaqlarınızı silməyi unutmayın” yazılıb.

Onlar Argentinanın DÇ-2022-nin finalında Fransanı məğlub etməsinə əsəbiləşdikləri üçün bu addımı atdıqlarını bildiriblər.

Heybət

Exit mobile version