AUT.AZ

İnfantinonun DÇ ilə bağlı yeni ideyası

FİFA prezidenti Canni İnfantinonun üçildənbir dünya çempionatı keçirməyi planlaşdırdığı açıqlanıb.

Aut.Az xəbər verir ki, iddia “Daily Mail”ə məxsusdur.

 

Xəbərə görə, ali futbol qurumunun başqanı Qətərdə keçirilən son mundialın yetərincə effektli alındığını düşünür və o, şəxsən böyük futbolun əhatə dairəsini genişləndirməkdə qərarlıdır. Mənbə İnfantinonun DÇ-2030-dan sonrakı mundialların 4 yox, 3 ildənbir baş tutması üçün bacardığını edəcəyini vurğulayıb.

Exit mobile version