AUT.AZ

İlin ən yaxşı idmançısı elan edildi

PSJ-nin hücumçusu Lionel Messi ilin ən yaxşı idmançısı seçilib.

Aut.az xəbər verir ki, argentinalı hücumçu “BBC Sports”un versiyasına görə bu ada layiq görülüb.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Messi DÇ-2022-də 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Exit mobile version