AUT.AZ

Diskvalifikasiya müddəti uzadıldı

Ümumdünya Körlinq Federasiyası (WCF) Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakına qoyulmuş qadağanın müddətini uzadıb.

Aut.az  xəbər verir ki, bununla bağlı qərar qurumun İdarə Heyətinin son iclasında qəbul olunub. Hər iki ölkə təmsilçilərinin diskvalifikasiya müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.

Federasiyadan bildirilib ki, onların beynəlxalq turnirlərdə iştirakı yarışın bütövlüyünə xələl gətirəcək.

Beynəlxalq Olimpiya Komitəsi Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib.

Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Exit mobile version