AUT.AZ

Bu yeniliyi tətbiq edən ilk liqa olacaq

İtaliya Futbol Federasiyası A Seriyasında 20-ci turdan etibarən yarımavtomatik ofsayd aşkarlama sistemi olan SAOT texnologiyasını tətbiq edəcək.

Aut.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 27 yanvar 2023-cü il tarixindən etibarən sözügedən sistemin matçlarda işə salınacağı qeyd olunub.

A Seriyası Qətərdə keçirilən DÇ-2022 ilə eyni ofsayd sistemi tətbiq edən ilk liqa olacaq.

Qeyd edək ki, SOAT-dan ilk dəfə UEFA Çempionlar Liqasının qrup oyunlarında istifadə edilib.

Exit mobile version