AUT.AZ

Azərbaycan şahmatçısı Kolumbiyada 3-cü oldu

Azərbaycan şahmatçısı Azər Mirzəyev Cənubi Amerika turunu davam etdirir.

Aut.Az xəbər verir ki, qrossmeysterimiz 3-cü yeri tutduğu Parada-Camundi turnirindən sonra Kolumbiyanın digər şəhərinə – Palmiraya yollanıb. Orada Mirzəyev 26 şahmatçının çıxış etdiyi yarışda mübarizə aparıb.

 

Sonuncu – onuncu turadək liderlər qrupunda yer alan həmyerlimiz yekun görüşündə
Coel Kori (Peru) ilə heç-heçəyə razılaşıb. Nəticədə, Mirzəyev 7 xal toplayıb və yekun sıralamada üçüncü yeri tutub.

Xavyer Paredesi (Kubalı) məğlub etməyi bacaran Ramires Delqado (Paraqvay) isə xalını 8-ə çatdıraraq birinci pillədəki mövqeyini qoruyub.

Exit mobile version