AUT.AZ

Azərbaycan derbisini qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev İsrailin Yerusəlim şəhərində keçirilən “World Masters” turnirində bürünc medal qazanıb.

Aut.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı üçüncülük görüşündə millimizin digər üzvü Turan Bayramovu məğlub edərək yarışın bürünc medalına sahib çıxıb.

 

Bu, Azərbaycan cüdoçularının turnirdə ilk mükafatı olub.

Qeyd edək ki, “World Masters”ə dekabrın 22-də yekun vurulacaq.

***

İsrailin Yerusəlim şəhərində cüdo üzrə ilin yekun turniri olan “World Masters” start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 6 idmançısı tatami üzərinə çıxıb.

Kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Turan Bayramov startda qazaxıstanlı Bayurjan Narbayevi, ardınca belçikalı Jorre Verstraeteni yenərək 1/4 finala yüksəlib. 21 yaşlı cüdoçumuz bu mərhələdə gürcüstanlı Giorgi Sardalaşvilini mübarizədən kənarlaşdırsa da, yarımfinalda cənubi koreyalı Harim Liyə uduzub. Bayramov bürünc medal uğrunda millimizin digər üzvü Balabəy Ağayevlə qarşılaşacaq.

Eyni çəkidəki Kəramət Hüseynov ilk görüşdə Ukraynadan olan Dilşot Xalmatovu məğlub etsə də, ardından Çin Taypeyi təmsilçisi Yunq Vey Yanqa uduzub.

66 kq çəki dərəcəsindəki cüdoçulardan Orxan Səfərov ilk görüşdə Daikia Bubaya (Fransa) yenilib. Yaşar Nəcəfov isə Xuan Hernandesi (Kolumbiya) üstələsə də, 1/8 finalda özbəkistanlı Muxriddin Tilovovla bacarmayıb.

Qadın cüdoçu Leyla Əliyeva (48 kq) isə startdaca ispaniyalı Laura Martinesə uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, üç gün davam edəcək turnirə Azərbaycan 13 cüdoçu ilə qatılıb.

Exit mobile version