AUT.AZ

Argentinada istirahət günü

Qətərdə təşkil olunan dünya çempionatının qalibi olan Argentina yığması bu gün ölkəyə qayıdacaq.

Aut.az xəbər verir ki, yerli hakimiyyət dünya çempionu adını qazanan yığmanın şərəfinə bu günü ölkədə istirahət günü elan edib. Xalqın çempion komandanın üzvləri ilə qələbəni qeyd etməsi üçün bu addım atılıb.

Argentina dekabrın 18-də baş tutan final matçında Fransanı (3:3, penaltilər 4:2) məğlub edərək, tarixində 3-cü dəfə çempion olub.

Exit mobile version