AUT.AZ

Rövşən qol vurdu

Azərbaycan millisinin üzvü Rövşən Hüseynli Qazaxıstan futzal çempionatında növbəti oyununa çıxıb.

Aut.Az xəbər verir ki, təcrübəli qolkiperin çıxış etdiyi “Atırau” komandası 18-ci tur çərçivəsində “Ordabasi” ilə qarşılaşıb.

İlk görüşdə bu komandayla 6:6 bərabərə qalan Rövşənin komandası ötən gün inamlı qələbəyə sevinib – 5:2. Hüseynli bu görüşdə komandasını bir neçə yüzfaizli qoldan xilas etməklə yanaşı, özü də fərqlənib. O, “Atırau”nun sonuncu qolunun müəllifi olub.

Beləliklə, “Atırau” xallarını 22-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Exit mobile version