AUT.AZ

Ronaldo Messini belə təbrik etdi

Braziliya milli komandasının sabiq üvü Ronaldo Nazario Argentina yığmasının kapitanı Lionel Messini təbrik edib.

Aut.az xəbər verir ki, əfsanəvi futbolçu “Tvitter” səhifəsindəki paylaşımında Messinin ünvanına xoş sözlər qeyd edib:

“Bu adam oynadığı futbolla istənilən rəqibi kənara atır. Bu heyrətamiz finalda dünyanın hər yerindən, o cümlədən Braziliyadan çox sayda adamın Messinin uğuruna kökləndiyini gördüm. Bu Dünya Kuboku həm də bütün bir dövrün kapitan olan dahi üçün layiqli sonluq oldu”.

Qeyd edək ki, Argentina dünya çempionatının finalında Fransaya qalib gəlib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqlənib. Penaltilər seriyasında isə argentinalılar daha dəqiq olub – 4:2. Bununla da Cənubi Amerika təmsilçisi üçüncü dəfə dünya çempionu olub.

Heybət

Exit mobile version