AUT.AZ

Rəmzi komanda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) DÇ-2022-nin rəmzi komandasını açıqlayıb.

Aut.az xəbər verir ki, rəmzi komandada turnirin 4 millisinin futbolçuları yer alıb.

Rəmzi komandada finalçılar – Argentina, Fransa və yarımfinala qədər irəliləyən Mərakeş 3, bürünc medalın sahibi Xorvatiya isə 2 futbolçu ilə təmsil olunub.

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Hernandes (Fransa);

Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa);

Hücumçular: Lionel Messi, Xulian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).

DÇ-2022-nin finalında Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Exit mobile version