AUT.AZ

Pele təbrik etdi: Maradona gülümsəyir

Əfsanəvi braziliyalı futbolçu Pele Argentina millisini DÇ-2022-nin qalibi olması münasibəti ilə təbrik edib.

Aut.az xəbər verir ki, o, bu haqda “İnstagram” hesabında yazıb. Pele paylaşımında 2 il öncə vəfat edən həmkarı Maradonanı da unutmayıb:

“Lionel Messi karyerasında ilk dəfə dünya çempionu oldu. O, buna layiq idi. Argentinanı təbrik edirik! Əlbəttə ki, indi Dieqo Maradona gülümsəyir”.

Qeyd edək ki, Argentina millisi tarixində 3-cü dəfə dünya çempionatının qalibi olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə turniri qazanıblar. Ötən gün isə yığma finalda Fransaya qalib gələrək kuboku əldə edib (3:3, penaltilər seriyası – 4:2).

 

Exit mobile version