AUT.AZ

“Neftçi” ilə “Qarabağ”ın futbolçuları millinin heyətindən çıxarıldı

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Aut.az AFFA-ya istinadən xəbər verir ki, “Neftçi”nin üzvü Həsən Mahmudov və “Qarabağ”ın oyunçusu Əfsun Salmanov zədə səbəbindən heyətdən çıxarılıb.

Onların əvəzinə “Qəbələ”dən Murad Əbilov və Raul Babayev hazırlıq prosesinə qoşulub.

Exit mobile version