AUT.AZ

Əmirin Messiyə verdiyi paltarın dəyəri nədir?

Dünya çempionatının finalında qalib gələn Argentina millisinin kapitanı Lionel Messinin mükafatlandırma zamanı əynindəki geyimi xüsusi diqqət çəkib.

Aut.az xəbər verir ki, həmin geyimi həlledici qarşılaşmadan sonra Qətər əmiri Təmin bin Həməd əs-Sani argentinalı ulduza hədiyyə edib.

Qətərdə “Bişt” adlanan bu geyim mühüm tədbirlər zamanı istifadə olunur və onu geyinmək üçün layiq olmalısan. Bu geyimdən daha çox nazirlər və vəzifəli şəxslər istifadə edir.

Exit mobile version