AUT.AZ

İlk yarımfinalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

Aut.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. İlk matç Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında keçiriləcək. Komandalar arasında baş tutan ilk oyun qalib müəyyənləşməyib – 2:2.

Digər matçda isə “Sabah” “Səbail”i qəbul edəcək. “Dənizçilər” doğma meydanda baş tutan ilk oyunda 3:2 hesablı qələbə qazanıb. Son zamanlar uğursuz çıxış edən “bayquşlar” doğma meydanda mövcud vəziyyəti xeyrinə dəyişməyə çalışacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də baş tutacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.

Azərbaycan Kuboku: 1/4 finalın cavab oyunları

19 dekabr

16:00. “Qəbələ” – “Qarabağ” (ilk oyun 2:2)

Qəbələ şəhər stadionu.

 

19:00. “Sabah” – “Səbail” (ilk oyun 2:3)

“Bank Respublika Arena”.

Exit mobile version