AUT.AZ

Hər şeyi 7 il öncədən deyib – FOTO

Argentinalı futbol azarkeşi Xose Miqel Polankonun 7 il əvvəl yazdığı tvit böyük marağa səbəb olub.

Aut.az xəbər verir ki, dünən Qətərdəki finalı da izləyən Xose 2015-c ilin martın 21-də ingiliscə yazdığı tvitdə bu sözlər yazılıb:

“18 dekabr, 2022-ci il. 34 yaşlı Leo Messi dünya kubokunu qazanacaq və bütün dövrün ən böyük oyunçusu olacaq. 7 il sonra mənim bu postumu yoxlayın”.

Qeyd edək ki, Argentina millisi bu gün 3-cü dəfə dünya çempionu olub və Lionel Messi turnirin ən yaxşı oyunçusu kimi 2-ci dəfə “Qızıl top” mükafatını qazanıb.

 

Exit mobile version